Moskvanın cənubunda qadın qısqanclıq zəminində öz rəfiqəsini qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, insident Rusiya paytaxtındakı Yerevan küçəsində baş verib. Artıq hadisəni törədən şəxs saxlanılıb.
Hüquq-mühafiqə orqanlarından bildiriblər ki, noyabrın 16-da gecədən keçmiş baş verən qətl yaşayış evlərinin birində törədilib. 1975-ci il təvəllüdlü qadın qısqanclıq zəminində öz rəfiqəsi tərəfindən boğazından bıçaqlanaraq öldürülüb.
Hazırda müstəntiqlər tərəfindən istintaq hərəkətləri aparılır.