Türkiyə Ermənistandan yük maşınlarının keçməsini asanlaşdırmaq üçün sərhəd məntəqəsi açıb.
Teleqraf.com “Habertürk”ə istinadən xəbər verir ki, bu iddia ilə Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksəl Gülbəy çıxış edib.
O iddia edib ki, Türkiyə hökuməti ildə Ermənistana məxsus 400 nəqliyyat vasitəsinin Trabzon limanından yük daşımasına icazə verib:
“Bu icazəni Türkiyənin Gürcüstandakı səfirliyi verib”.