Fransanın baş naziri Manuel Vals öz vəzifəsindən istefa verib.
Teleqraf.com qafqazinfo-ya istinadən xəbər verir ki, baş nazir bu addımı prezidentlə aralarında olan fikir ayrılıqlarına görə atıb. Prezident Olland baş nazirin istefasını qəbul edib.
Qeyd edək ki, baş nazir iqtisadi siyasət məsələlərində hökumətdə anlaşılmazlıqların yaranmasını əsas gətirərək hökuməti də istefaya göndərib. İstefanı qəbul edən Olland isə baş nazirdən yeni hökumət qurmasını istəyib.