Əfqanıstanın paytaxtı Kabildə nikah sarayında terakt törədilib.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı 40 nəfər ölüb, ən azı 50 yaralı var.
Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub.
Partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.