21 Noyabr 2018 14:26
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının Malibu şəhərində baş verən yanğının vurduğu zərərin həcmi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə vaxtı həlak olanların sayı 84 nəfərə çatıb.

1202 nəfərdən xəbər olmadığı halda, yanğının vurduğu maddi zərərin həcmi 9-13 milyard dollar olduğu ehtimal edilir.

Qeyd edək ki, yanğın noyabrın 8-də başlayıb və bu, Amerika tarixində ən böyük yanğın hesab olunur.


Müəllif: Mənsur Rəğbətoğlu