Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyə sədrliyinə namizədliyi irəli sürüləcək parlament rəhbəri Binəli Yıldırımın seçki şüarı bəlli olub.
Teleqraf.com “Haberler” portalına istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırımın namizədlik üçün təklifi qəbul etdiyi və komandasının seçki hazırlığına başladığı bildirilir.
Komanda artıq afişa hazırlayaraq “Bir şəhər ol, məsələn; İstanbul. Sonra de ki: Boğazım quruyana qədər sevəcəyəm səni” şüarından istifadə edib.