ABŞ-ın Yuta ştatından olan senator Mayk Li Qaşıqçı cinayəti və MKİ-nin hadisə ilə bağlı raportu ilə bağlı NBC kanalında yayınlanan poqramda maraqlı açıqlamalar verib.
Respublikaçı olmasına rəğmən Mayk Li prezident Donald Trampı cinayətlə əlaqədar kəşfiyyat məlumatları haqqında doğru danışmamaqda ittiham edib.
“Prezidentin sözlərinə qatılmıram. Bu, mənim gördüyüm kəşfiyyat məlumatları ilə ziddiyət təşkil edir. Bizim əldə etdiyimiz raportlarda Qaşıqçının ölüm əmrinin şəxsən şahzadə Məhəmməd bin Salman (MBS) tərəfindən verildiyi görünür”,- deyə Senator Li bildirib.
Cek Li bundan başqa Tramp administrasiyasına Yəməndə davam edən böhranla bağlı olaraq Səudiyyəlilərə dəstəyi kəsmək çağırışını da edib.
“Bu, bizim baxışlarımız, habelə konstitusiyaya zidd bir müharibədir. Bu ölkə (Səudiyyə Ərəbistanı) hərbi köməyə layiq olmayan müttəfiqdir”, - deyə senator qeyd eidb.
Digər yandan, ABŞ Nümayəndələr palatasının Kaliforniya ştatından olan üzvü Adam Şiff mövzu ilə əlaədar CNN telekanalına sərt müsahibə verib.
Adam Şiff Qaşıqçı cinayəti məsələsində Donald Trampın öz ölkəsinə dürüst olmadığını, habelə onun israrla MBS-ni müdafiə etməklə özünü çox zəif göstərdiyini söyləyib.
“Bu mövzuda onun Mərkəzi Kəşfiyyat İdarəsini yalanlaması ya diktatorları sevdiyini, ya da şəxsi maliyyə maraqları olduğunu nümayiş etdirir”, - deyə Adam Şiff bildirib.
Trampın əvvələr Səudiyyə Ərəbistanından milyonlarla dollar pul qazanması ilə öyünüdüyünü xatırladan A.Şiff prezidentin şəxsi mənafelərinin ABŞ-ın xarici siyasətini iflic vəziyyətinə saldığını vurğulayıb.
/Müsavat.com/