1 Dekabr 2018 09:14
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

3 qadını öldürməkdə ittiham olunan 78 yaşlı məhkum başqa bir həbsxanaya köçürülməsi üçün müraciət edib. O, müraciətində 90-na qədər insanı öldürdüyünü etiraf edib.

Teleqraf.com qeyd edir ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) ölkə tarixində ən böyük silsiləli qətillər törədən Samuel Littlenin səhhətinin ağır olduğunu bildirib.

Hazırda Texasdakı həbsxanaya köçürülən məhkum cinayətlərini 1970-2005-ci illər arasında edib.

FTB indiyə qədər Littlenin 36 cinayət işində əli olacağını güman edir.

Qeyd edək ki, Samuel ilk dəfə 1956-cı ildə həbs olunub.

FTB-nin qeydlərinə görə, Ohaya liseyindən sonra həbs olunan qatil oğurluq, aldatmaq, narkotik və qadın alverində ittiham edilsə də, sonra sərbəst buraxılıb.

2002-ci ildə narkotik cinayəti ilə bağlı Littledən alınan DNT nümunələri 1980-cı illərdə baş verən və açılmayan 3 cinayət faktına işıq salıb.

FTB-yə görə, 3 qadın döyüldükdən sonra boğularaq öldürülüb. Bu qadınların cəsədləri ayrı-ayrı yerlərə atılıb.

Kaliforniyada 2014-cü ildə keçirilən məhkəmə prosesi zamanı Little günahsız olduğunu elan etsə də, bu 3 cinayət hadisəsinə görə ayrı-ayrılıqda cəza alıb.

Daha sonra Texasın Odessa qəsəbəsində buna bənzər, amma açılmayan cinayət işi baş verib. Bu cinayətə görə də Littledən şübhələnilib. Bu cinayətə görə, haqqında iddianamə hazırlanan Little məhkəmə qarşısına çıxarıla bilər.

Başqa bir həbsxanaya köçürülməsi qarşılığında Samuel Little FTB ilə əməkdaşlıq edəcəyinə razılaşıb və bildirib ki, bu günə qədər 90-na qədər insan öldürüb.

FTB-nin qeydlərində əyalətdə baş verən ondan çox cinayətlə məşğul olan agentlər Little ilə hər gün görüşərək danışıqlar aparır.

FTB agenti qeyd edib ki, Little qurbanlarını və cinayətləri necə həyata keçirdiyini ən incə detallarına qədər xatırlayır. Cinayət zamanı harada olduğu, hansı model avtomobildən istifadə etdiyini dəqiqliklə deyir, öldürülən qadınların fotolarını cızır.

FTB qeyd edib ki, Littlenin törətdiyi cinayətlər arasında 19 yaşlı qadını başından vurub öldürməsi hadisəsi də var.

Keçmiş boksçu olan Littlenin daha çox sekslə məşğul olan, eləcə də narkotiklə əlaqəli qadınları hədəfə aldığı, cinayətlərinin çoxunda iz buraxmadığı ifadə olunur.

Qatil ona müqavimət göstərən, yumruq atan qadınları yerə sərdikdən sonra boğaraq öldürürmüş.

Bu cinayətlərin çoxu açılmadığı və qapalı qaldığı üçün agentlər fakt kimi narkotik maddədən istifadə, təbii ölüm və avtomobil qəzası ilə kifayətlənməli olubmuş.


Müəllif: Cavad

Oxşar xəbərlər