Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.
Teleqraf.com-un xəbərinə görə, görüş Argentinada G20 liderlərinin sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, Ərdoğanla Tramp arasında dünən də görüş keçirilib. Trampla 50 dəqiqə davam edən görüşdən sonra Türkiyə Prezidentinin İngiltərə baş naziri ilə də bir araya gələcəyi gözlənilir.