"Taliban" döyüşçüləri Əfqanıstanın şimalında ən azı 40 nəfər dinc sakini oğurlayıblar.
Teleqraf.com-un xəbərinə görə, dinc sakinlərə bu gün səhər hücum edilib. Samanqan əyaləti polisinin təmsilçisi Məhəmməd Munir Rəhimi bildirib ki, "Taliban"çılar Daresuf kəndinə hücum ediblər. Onun sözlərinə görə, girov götürülən kənd sakinlərinin xilas edilməsi üçün əməliyyat keçirilir.