Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” yaraqlılarına məxsus bomba yüklü maşının öncədən partlaması nəticəsində 37 yaraqlı ölüb.
Teleqraf.com xəbər verir ki, terrorçuların məqsədi Qəndəharın Maruf rayonundakı hərbi hissəyə hücum olub.
Amma vaxtsız partlayış terrorçuların planlarını alt-üst edib.