İsrail polisi "Bezeq" telekommunikasiya korporasiyasına qarşı qaldırılan cinayət işi çərçivəsində ölkənin baş naziri Binyamin Netanyahu və həyat yoldaşı Saraya qarşı korrupsiya ittihamı irəli sürülməsini tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, polisin əlində baş nazir və həyat yoldaşı, həmçinin "Bezeq" şirkətinin sahibi Şaul Eloviçlə bağlı kifayət qədər sübutlar var.
Netanyahu polisin əlindəki sübutların "hüquqi qüvvəyə malik olmadığını" bildirib.
Bundan əvvəl İsrailin baş naziri avqust ayında polis tərəfindən dindirilib.