“NATO İraqda təlim düşərgəsi quracaq. Türkiyə 90 hərbçi ilə düşərgənin qurulmasına ən böyük dəstəyi verən ikinci ölkədir”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Diplomat NATO-nun İraqdakı yeni missiyasına türk generalın rəhbərlik edəcəyini açıqlayıb.
Çavuşoğlu “G20”-nin Argentinada keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ başçısı Donald Tramp arasında “F-35” layihəsi haqda müzakirənin olduğunu da diqqətə çatdırıb:
“Tramp və prezidentimiz Argentinada görüşdülər. “F-35”-dən də Trampın özü söz açdı. Heç bir problem yaşamaq istəmirik”.
Qeyd edək ki, Türkiyəni Rusiyadan “S-400” zenith-raket sistemlərini almaqdan imtina etməyə çağıran ABŞ bunun yerinə Ankaraya “F-35” qırıcıları təklif edir.