6 Dekabr 2018 21:43
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin və Belarus dövlət başçısı Aleksandr Lukaşenko Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Birliyi sammiti çərçivəsində Belarusa satılan qazın qiymətini müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, Lukaşenko rus qazənən Belarus istehlakçıları üçün 130 dollar, Rusiya sakinləri üçün isə 70 dollar olmasına diqqət çəkib.

Putin bu məsələ ilə bağlı deyib ki, Belarus üçün bazar qiyməti hesablansa, bu, 130 dollar deyil, 200 dollar olmalıdır. Rusiya lideri qazın qiyməti məsələsini daha sonra bağlı qapılar arxasında müzakirə etməyi təklif edib.

Qapalı görüşdən sonra Lukaşenko rusiyalı həmkarı Vladimir Putindən üzr istəyib.

Lukaşenko qaz nəqlinin qiyməti ilə bağlı mübahisə zamanı özünü yersiz apardığını bildirib.

“Özü də yaxşı olmayan formada. Odur ki, bundan sonra görüş sahibi qarşısında üzr istəməli oldum”, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com