Rusiya Prezidenti Vladimir Putin hakim "Vahid Rusiya" partiyasının XVIII qurultayında çıxış edib.
Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, dövlət başçısı çıxışında partiyadaşlarına insanlara necə yanaşmaq, liderlik və avtoritetə necə nail olmaq barədə fikirlərini açıqlayıb.
"Sizin hər yerdə - bütün hakimiyyət orqanları və fəaliyyət sahələrində təmsilçiləriniz var. Onların böyük əksəriyyəti, əlbəttə, ləyaqətli, professional və Rusiyanı sevən insanlardır. Lakin, bu barədə də açıq danışmaq lazımdır, konyuktura ilə məşğul olanlar, özünü ədəbsiz aparanlar da var. Sizdən bu məsələyə ciddi nəzarət etməyinizi xahiş edirəm: insanlarla münasibətdə heç bir kobudluğa, təkəbbürə və etinasızlığa yol verməyin".