Rusiyanın keçmiş gözəllik kraliçası İrina Qladkix 13 yaşlı qızının bəkarətini internet vasitəsilə satışa çıxarıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 35 yaşlı qadın qızı üçün 25 min dollar pul istəyib. İrina Qladkix planını həyata keçirmək üçün Çelyabinskdən Moskvaya gəlib. Qızı üçün tapdığı "müştəri" ilə görüşən vaxt polis tərəfindən saxlanılıb. İfadə verərkən qadın hər şeyi p etiraf edib.
İrina Qladkix və hadisədə şübhəli bilinən daha 2 qadın həbs olunub.