11 Dekabr 2018 11:47
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp gələn il Nümayəndələr Palatasının Demokratlar Partiyasının nəzarətinə keçməsindən sonra vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılacağından ehtiyatlanır.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Mənbə Trampın bu barədə öz köməkçiləri ilə müzakirələr zamanı danışdığını iddia edib.

ABŞ prezidenti hesab edir ki, 2019-cu ilin yanvar ayında Nümayəndələr Palatasının demokratların nəzarətinə keçməsindən sonra onun impiçment məsələsi Konqresin müzakirəsinə çıxarılacaq.

Mənbə iddia edir ki, Donald Tramp bu halda impiçment ediləcəyinə qəti şəkildə əmindir.

Bundan əvvəl Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvü Cerold Nadler Trampın iki qadına təcavüz etməsi iddiasının gizlədilməsi üçün rüşvət verdiyi iddiası sübut ediləcəyi halda, impiçment məsələsinin müzakirəyə çıxarılacağını istisna etməyib.

Qeyd edək ki, keçmiş porno-aktrisa Stefaniya Klifford və keçmiş model Karen Makduqal Amerika prezidentinin onlara təcavüz etdiyini bildiriblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər