Livanda yeni hökumət qurulacaq.
Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri Saad əl-Həriri bəyan edib.
O, ötən gün ölkə prezidenti Mişel Avnı ilə bu məsələni müzakirə etdiyini söyləyib.
Hökumətin qurulması üçün bəzi məsələlərin həllinə ehtiyac olduğuna diqqət çəkən baş nazir əlavə edib ki, bu gün Londona səfər edəcək. Geri qayıtdıqdan sonra prezidentlə məsləhətləşmələr başa çatacaq.
Qeyd edək ki, ölkə prezidenti bu il mayın 6-da keçirilən seçkilərdən sonra baş nazir Həririyə yeni hökuməti qurmağı tapşırıb. Lakin siyasi qüvvələr arasında konsensusa nail olunmadığı üçün aylardır Livanda hökumət qurmaq mümkün olmayıb.
Hizbullahın lideri Həsən Nəsrullah ötən ay bəyan edib ki, müstəqil sünni deputatların təmsil olunmadığı bir hökumətdə iştirak etməyəcək.
Baş nazir Həriri isə Hizbullah liderini hökumət qurmağa maneçilik törətməkdə ittiham edib.