11 Dekabr 2018 16:33
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Əhvaz şəhərində polad zavodunun işçilərinin başladığı etiraz aksiyasının 31-ci günündə etirazçılar kəfən geyinərək küçələrə çıxıblar.

Teleqraf.com xəbər verir ki, etirazçılar Xuzistan valilisini istefaya çağırıblar.

Aksiyada İran Prezidenti Həsən Ruhaninin əleyhinə “Yalançı Ruhani, dediyin tədbirlər planı necə oldu?” şüarı səsləndirilib.

Daha sonra etirazçılar müxtəlif şüarlarla Əhvazın imam cüməsi Məhəmmədəli Musəvi Cəzayirinin evinin qarşısında piket keçiriblər. Onlar evin yerləşdiyi küçədə oturaraq, yolu bağlayıblar.

Qeyd edək ki, Əhvaz Milli Qrupunun (zavod) əməkdaşları bir aydır etiraz aksiyası keçirir. Onlar istehsal prosesinin bərba edilməsini, zavodun Milli Bankdan alınaraq dövlətin mülkiyyətinə qaytarılmasını və gecikmiş əmək haqlarının tam ödənilməsini tələb edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər