İran məni ikinci dəfə baş nazir vəzifəsindən uzaqlaşdırıb. Buna səbəb həmin ölkənin daxilində baş verən siyasi çəkişmələrdir.
Teleqraf.com xəbər verir ki, bu açıqlamanı İraqın sabiq baş naziri Heydər İbadi deyib.
O, bu barədə İraqın xəbər kanalına danışıb.
Sabiq baş nazir ölkəsi ilə İran daxilində çəkişmələrin ikinci dəfə baş nazir olmasına əngəl törətdiyini vurğulayıb.