Fransanın Strasburq şəhərinin mərkəzində baş verən atışma nəticəsində 3 nəfər həlak olub.
Teleqraf.com-un məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner bildirib.
K.Kastaner deyib: "Saat 19:50-dən silahlı şəxs şəhərin 3 nöqtəsinə terror törədib. O, 3 nəfəri öldürüb".
Nazir əlavə edib ki, insident nəticəsində 12 nəfər xəsarət alıb: "Cinayətkarın axtarışları davam edir. Onun axtarışı üzrə əməliyyatda 350 polis əməkdaşı iştirak edir".
***
Fransanın Strasburq şəhərinin mərkəzində atışma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyters” polisə istinadən məlumat yayıb.
Atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
İnsidentlə bağlı ətraflı məllumat verilmir.