Ağ Evdə mətbuat konfransı keçirən ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman haqda danışıb.
Teleqraf.com xəbər verir ki, Tramp jurnalist Camal Qaşıqçı cinayətində şahzadənin rolu ilə bağlı ona ünvanlanmış suala cavab verməkdən imtina edib.
“Səudiyyə Ərəbistanını dəstəkləməyiniz Məhəmməd bin Salmanı dəstəkləmək mənasını vermir?” sualına Amerika prezidenti belə cavab verib:
“Səudiyyə Ərəbistanı çox yaxşı müttəfiqdir. Əlbəttə, belə bir vəziyyətdə o mənanı verir”.
Tramp şahzadənin Qaşıqçı cinayətində rolunun olması ilə bağlı iddianı rədd etdiyini deyib.