13 Dekabr 2018 13:47
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

YPG terror təşkilatı Bəşər Əsəddən dəstək istəyib.

Teleqraf.com xəbər verir ki, ABŞ nəzarətində olan kürd terrorçuların Suriya liderindən dəstək istəməsi Türkiyə prezidenti Ərdoğanın Fərat çayının Şərq sahillərində terrorçulara qarşı əməliyyatlara başlayacağı barədə səsləndirdiyi bəyanatdan sonra olub.

PKK-YPG terror təşkilatının internet səhifəsində açıq bəyan edilib ki, Bəşər Əsəd rejimi Türkiyənin Suriya ərazilərində əməliyyat həyata keçirməsinə qarşı konkret mövqe ortaya qoymalıdır.

Qeyd edək ki, bundan əvvəl YPG Türkiyə ordusu və Azad Suriya Ordusunun Afrin əməliyyatına qarşı Əsədlə iş birliyinə gedib.


Müəllif: Cavad