14 Dekabr 2018 12:59
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiya polisi ölkədə yoxa çıxan türk professor Ramazan Gəncayı axtarır.

Teleqraf.com xəbər verir ki, professor barədə dekabrın 6-dan heç bir məlumat yoxdur.

Professorla sonuncu dəfə görüşən şəxs də axtarışdadır.

Ramazan Gəncay noyabrın 28-də Türkiyədən Kolumbiyanın Medellin şəhərinə seminar təşkil etmək məqsədilə gedib, təbirdən sonra bir neçə gün şəhərdə qalmaq istəyib.

Ailəsi Ramazan Gənçaydan xəbər ala bilmədikdə polisə məlumat verib.

Professor sonuncu dəfə şəhərdə təhlükəsizlik kamerasına dekabrın 6-da düşüb. Kredit və bank kartlarından isə 7-8 dekabr tarixlərində pul çıxarılıb.

Onun bir neçə şəxslə söhbət etdiyi də ortaya çıxıb.


Müəllif: Cavad

Oxşar xəbərlər