Rəsmi Kiyev Ukrayna-Rusiya sərnişin qatarının fəaliyyətini dayandırmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Ukrayna Ali Radasına bununla bağlı qanun layihəsi daxil olub.
Məlumata görə, qanun layihəsini ölkənin İnfrastruktur Nazirliyi hazırlayıb.
Nazir Vladimir Omelyan deyib ki, sərnişin qataranın fəaliyyətinin dayandırılması Ukraynanın xeyrinə olacaq.
Onun fikrincə, geri qalmış feodal Rusiyada işləməyin bir mənası yoxdur:
“Ukraynada iş tapa bilməyənlər Avropa Birliyinə getməlidir”.
Qeyd edək ki, hazırda Ukrayna-Rusiya arasında işləyən sərnişin qatarı Ukrayna Dəmiryollarına məxsusdur.