Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) jurnalist Camal Qaşıqçı ilə bağlı cinayəti işinə dair qanun layihəsi qəbul edən ABŞ Konqresinə etiraz edib.
Teleqraf.com xəbər verir ki, rəsmi Ər-Riyad yaydığı bəyanatda ABŞ-ı Səudiyyə Ərəbistanının daxili işlərinə qarışmaqda ittiham edib:
“Səudiyyə Ərəbistanı Krallığı ABŞ Senatının təsdiq edilməmiş iddia və ittihamlara əsaslanan, krallığın daxili işlərinə müdaxilə edən, onun regional və beynəlxalq rolunu görməzdən gələn qərarını qəbul etmir”.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı cinayətində şahzadə Məhəmməd bin Salmanın məsuliyyət daşıdığı bildirilən qanun layihəsi dekabrın 14-də ABŞ Konqresinə təqdim olunub və qəbul edilib.