17 Dekabr 2018 22:35
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli tele-jurnalist Fatih Portakal prezident Rəcəb Tayyib Ərdoğanın "Birisi - portağaldır, mandarindir - ortaya çıxıb xalqı küçəyə çağırır. Həddini bil. Həddini bilməsən bu millət çənəni partladar", sözlərinə münasibət bildirməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, F.Portakal verilişində Ərdoğanın sözlərinə cavab verməyəcəyini bildirib: "Türkiyənin ciddi problemləri var, onların həlli daha vacibdir".

Qeyd edək ki, Fatih Portakalın Parisdəki etirazlardan sonra "Qiymət artımlarına etiraz edin, neçə nəfər küçəyə çıxa biləcək" sözləri Ərdoğanın qəzəbinə tuş gəlib.

"Özünü, həddini tanımayan, ədəbdən yoxsul biri TV-yə çıxıb insanları küçəyə çıxmağa çağırır. Əxlaqsıza bax, əxlaqsıza bax, bu nə tərbiyəsizlikdir", deyə Ərdoğan Portakal haqqında etdiyi çıxışında bildirib.


Müəllif: Teleqraf.com