18 Dekabr 2018 15:07
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin kiber təhdidlərə qarşı dayanıqlığını gücləndirmək üçün 3.2 milyon avro ayırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə məsələ Avropa Komissiyasının elan etdiyi tenderdə yer alıb.

Məlumata görə, bu proqram Şərq Tərəfdaşlığı ölkələrində kiber müqavimətin və cəza hüququ tədbirlərinin gücləndirilməsinə kömək edəcək.

Kibertəhlükəsizlik və kibercinayətə hazırlıq səviyyəsinin yüksəldilməsi, texniki və kooperativ mexanizmlərin inkişaf etdirilməsi də bu sənədə daxil edilib.

Aİ proqram çərçivəsində Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynada kiber hücumlara hazırlığı gücləndirməyi planlaşdırır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər