18 Dekabr 2018 22:17
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkənin Kosmik Qüvvələr Komandanlığının yaradılması barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evdən məlumat verilib.

Yeni qurumun vəzifə əhatəsinə fəzada ölkənin mənafeyini qorumaq və hərbi əməliyyatlar aparmaq məsələləri daxildir.

Hazırda ABŞ Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələri, Dəniz Piyadaları Korpusu, Sahil Mühafizəsi kimi birləşmələrdən ibarətdir.


Müəllif: Teleqraf.com