20 Dekabr 2018 12:20
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk professor əvvəlcə 3 yaşlı qızını, daha sonra özünü öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə ABŞ-ın Florida ştatında baş verib.

Cənubi Florida ştatında kompüter dərsləri verən Ayhan Ayteş qızı Ela Dənizi həftə sonu xanımı laurel Friedmandan alıb. Ancaq ata qızını zamanında boşanmış xanımına verməyib. Ana bundan sonra polisə xəbər verib. Polis Ayteşin evinə gedərkən atanın 3 yaşlı qızı öldürdüyünü, daha sonra intihar etdiyini müəyyən edib.

Türk mediası xəbər verir ki, Ayhan Ayteş Cənubi Florida Universitetində kompüter ixtisası üzrə məruzə oxuyurmuş. Professor boşandığı xanımı ilə elə universitetdə tanış olub və ailə qurub. Lakin cütlük ötən ilin yanvarında boşanıb. Professorun qızını və özünü öldürməsinin səbəbləri hələlik bəlli deyil.


Müəllif: Cavad

Oxşar xəbərlər