ABŞ-ın Suriyanı tərk etməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün diplomatik zəfərdir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın məşhur "Le Monde" qəzeti yazıb. Qəzet ABŞ-ın məlum qərarının Ərdoğan-Tramp arasında telefon danışıqlarından sonra qəbul edilməsini Ankaranın zəfəri sayır: "Görünən odru ki, ABŞ prezidenti Ərdoğanın təzyiqləri qarşısında geri çəkildi. Bundan sonra Türkiyə Suriyada YPG/PKK birliyinə qarşı əməliyyatlara başlaya biləcək".
Qəzet Türkiyənin əsas hədəfinin YPG/PKK-nın sığındığı Münbiçə girmək olduğunu diqqətə çatdırıb: "Sabiq ABŞ prezidenti Barak Obama Münbiçi İŞİD-dən təmizlədikdən sonta oranı tərk edəcəklərini Ərdoğana söz versə də, vədinə əməl etmədi".
"Le Monde"yə görə, ABŞ geri çəkiləndən sonra Suriyada boşluq yaranacaq və təhlükə yenidən artacaq. Bu isə Türkiyənin müdaxiləsini qaçılmaz edəcək.