21 Dekabr 2018 18:35
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur amerikalı repçi Kane Uest həyat yoldaşı, erməni əsilli model Kim Kardaşyandan ayrılmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Radaronline” məlumat yayıb.

Mənbə Kardaşyanın Kanenin hislərinə məhəl qoymadığını bildirib. Artıq repçi həyat yoldaşının bu hərəkətlərindən bezib və bu, son zamanlarda cütlük arasında mübahisəyə səbəb olur.

Vəziyyətin gərginləşdiyini görən Kardaşyan Kaneni təqib etmək üçün muzdlu dedetkiv tutub.

Yaranmış narazılığa görə, cütlük öz yataq otaqlarını da ayırıblar.

“Radaronline” yazır ki, detektiv Kane yatdığı vaxt da onu pusur, nəzarət edir.

Lakin münasibətlərin boşanma həddinə gəlməsinə baxmayaraq, Kardaşyan Kane ilə mübahisələrinə rəğmən, onu hədələyənləri təhdid edir. Son belə hadisələrdən birində erməni əsilli model həyat yoldaşı ilə mübahisəyə görə tanınmış musiqiçi Drakeni təhdid edib.

Drake də Kardaşyanın təhdidinə təhdidlə cavab verib. Lakin bu hadisənin boşanma həddinə gəlib çıxmasından qəzəblənən Kardaşyan yenə də öz sevgilisini müdafiə edir:

“Drake, əgər mənə və ya ailəmdən birinə bir şey olarsa, şübhəsiz ki, bundan sən məsuliyyət daşıyacaqsan”.

Amerika KİV-də Kane Uaytın özünə yeni sevgili tapması haqda məlumat yayılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər