“ABŞ-ın Suriyadan ordusunu çıxarmaq qərarından sonra, biz Suriyaya ordu göndərmək haqqında mümkün variantları nəzərdən keçiririk”.
Teleqraf.com xəbər verir ki, bu bəyanatla İraqın baş naziri Adil Əbdülmehdi çıxış edib.
Baş nazir bildirib ki, İŞİD-in müharibə meydanını genişləndirməsindən və İraqa qaçqın axınının baş verə biləcəyindən narahatdır.
ABŞ dövlət katibi Pompeo ilə müzakirələr aparan İraqın baş naziri bildirib ki, onlara Suriyaya hərbçi göndərmək haqqında fikir deyilməyib:
“Ancaq Suriyaya ordu göndərmək mümkün variantlardan biridir. Belə qərarımız olsa, İraq dostlarını və qonşularını məlumatlandıracaq”.