Serj Sərkisyan İrəvan Dövlət Universitetinin Məsləhət Şurasının rəhbərliyindən çıxarılıb.
Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə ali məktəbin rektoru Aram Simonyan məlumat yayıb.
Onun sözlərinə görə, Serj Sərkisyan prezident postundan istefasından sonra universitetdəki postunu da tutmur:
“Məsləhət Şurasının növbəti iclasının nə vaxt olacağı hələlik məlum deyil. İlk növbədə hökumətin yeni tərkibi təsdiq edilməlidir”.