29 Dekabr 2018 07:55
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya vətəndaşı olan kişilərin ölkə ərazisinə girişinə qoyulan qadağanı ləğv edib.

Teleqraf.com xəbər verir ki, bundan sonra sərhəd-keçid məntəqələrində Rusiyadan gələn kişilərin səfərinin məqsədi yoxlanılacaq.

Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Oleq Slobodyan bildirib ki, Rusiya vətəndaşlarından xarici pasportla yanaşı səfərin məqsədini təsdiqləyən digər sənədlər də tələb oluna bilər.

Qeyd edək ki, Ukraynanın tətbiq etdiyi qadağa yaşı 16-60 arasında olan rusiyalı kişilərə aid idi.


Müəllif: Teleqraf.com