Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana təbrik məktubu ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti bir sıra sabiq prezidentləri, o cümlədən, Ermənistanın keçmiş prezidentini təbrik edib.
Qeyd edək ki, daha əvvəl Putin hazırda həbsdə olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanı Yeni il münasibətilə təbrik etmişdi.
Xatırladaq ki, dekabrın 27-də Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyaya işgüzar səfər edib. O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.