Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” öz mənbələrinə istinadən məlumat yayıb.
Diplomatların telefon danışığı zamanı nələri müzakirə etdikləri açıqlamayıb.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.