Donetskin mərkəzində Taras Şevçenko bulvarında avtomobil atəşə tutulub. Nəticədə avtomobilin içərisində olan 3 nəfər yanıb.
Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Voroşilov rayon soveti sədrinin müavini İvan Prixodko öz Facebook səhifəsində yazıb. O, səhifəsinə yanan "Jiqulu" markalı avtomobilin şəklini də yerləşdirib.
Atəş nəticəsində şəhərdəki Gənclər Evinə də ziyan dəyıb.
Nihad