12 Yanvar 2019 18:45
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Prezident Donald Trampın Rusiyanın xeyrinə çalışıb-çalışmamasına dair araşdırmaya başlayıb.

FTB direktoru Ceyms Kominin istefaya göndərilməsindən az sonra başlayan araşdırmada dövlət başçısının davranışlarının milli təhlükəsizliyə təhlükə yaradıb-yaratmadığını öyrənmək məqsədi qoyulduğu bildirilir.

Ağ Ev sözçüsü Sarah Sandersin bununla bağlı yaydığı açıqlamada sözügedən məlumatlar cəfəngiyyat kimi dəyərləndirilib: “Rusiya və başqa xarici ölkələrə ABŞ-ı hədələməyə fürsət verən Barak Obamanın əksinə olaraq, Prezident Tramp Rusiya məsələsində həqiqətən sərt mövqedədir”.


Müəllif: Mənbə/Report