28 Avqust 2014 11:34
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir baş prokuroru Hişam Berekat yeni istintaq çərçivəsində çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkənin seçilmiş ilk dövlət başçısı Məhəmməd Mursi haqqında 15 gün həbs cəzası verildiyini bildirib.

Teleqraf.com-un Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, baş prokurorun göstərişi ilə Mursi haqqında vəzifədə olduğu İyun 2012-İyul 2013 tarixində "Misirin milli təhlükəsizliyini maraqlandıran sənədlərin Qətərə sızdırıldığı" iddiası ilə yenidən istintaqa başlanılıb və yeni istintaq çərçivəsində Mursinin 15 gün Burcul Ərəb həbsxanasında saxlanılacaq.

M.Mursinin müdafiəçiləri isə onlara bu istintaqla bağlı heç bir məlumatın verilmədiyini deyiblər.

Samir


Müəllif:

Oxşar xəbərlər