Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın var-dövləti açıqlanıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ailənin daşınan və daşınmaz mal, kooperativ, bank hesabları ilə bağlı məlumatlar rəsmi dövlət qəzetində dərc olunub.
Yayılan məlumatlara görə, R.T.Ərdoğanın Cənubi Dumankaya kəndində dəyəri 10 min TL olan 2 min kvadratmetr daşınmaz əmlak, Albaraka Türk Mərkəz Şöbəsində 4 milyon 159 min 687 TL, Albaraka Türk Paytaxt Təşkilati Şöbə hesabında 96 min TL, Albaraka Türk Arnavutköy hesabında 144 min 234 TL, Kənd Təsərrüfatı Bankı Məclis Şöbəsi hesabında 135 TL, İş Bankı Məclis Şöbəsi hesabında 930 TL, Xalq Bankı Məclis. Şöbəsi hesabında 2 min 825 TL, Vəqflər Bankı Şöbəsi hesabında 380 TL, Albaraka Türk Mərkəz Şöbəsində 200 min dollar pulu var.
Əminə Ərdoğanın üzərinə isə 234 min 80 TL dəyərində avtomobil olduğu qeyd edilir.
Samir