Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk Böyük Britaniya ilə Avropa İttifaqı arasında imzalanan Breksit anlaşması barədə ilginc açıqlama verib.
Teleqraf.com-un xəbərinə görə, bu məsələyə kəskin reaksiya verən Donald Tusk Breksitin memarları, tərəfdarları üçün cəhənnəmdə xüsusi yerin olacağını deyib.
“Breksiti təbliğ edənlər üçün cəhənnəmdə xüsusi yerin nəyə oxşayacağı mənə maraqlıdır. Bir plan eskizi olmadan necə etibarlı şəkildə həyata keçirilir? Təşəkkür edirəm”, - deyə Tusk bildirib.