Rusiyanın Qara dəniz donanmasına aid 158 nömrəli Kunikov və 151 nömrəli Azov hərbi gəmiləri dünən dənizin İstanbul boğazında daxil olub.
Teleqraf.com xəbər verir ki, 1 saata ərzində Fateh Sultan Mehmet körpüsünə çatan rus hərb gəmilərini Türkiyənin sahil təhlükəsizlik qayıqları müşayiət edib.
Gəmidə çoxsaylı əsgərlərin olması diqqəti çəkib. Boğazdan keçən hərbi gəmilər Mərmərə dənizinə daxil olub.
Qeyd edək ki, dünən Rusiya Müdafiə Nazirliyi Qara dənizdə hərbi manevrlər keçirdiyi haqda məlumat yayıb.
Məlumatda top və raket atışları ilə müşayiət edilən manevrlərin Rusiya Dəniz Qüvvələrinə aid Qara dəniz donanması tərəfindən həyata keçirildiyi, təlimlərə qatılan gəmilərin Krım və Noverossiskidə olduğunu açıqlayıb.