Dörd nəfər Hindistan vətəndaşı viza alaraq işləmək üçün Ermənistana gəlsə də istəkləri baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hindistan Tayms” qəzeti məqalə dərc edib.
“5 gün heç nə yemədilər” başlıqlı məqalədə Pəncabdan olan gənclərin səyahət agentliyi tərəfindən verilmiş viza ilə işləmək üçün Ermənistanda gəldiyi bildirilib.
Lakin Ermənistanda iş tapa bilməyən hindli gənclər buna görə 5 gün ərzində heç nə yeməyiblər.
Kirayə tutduqları mənzilin pulunu verə bilmədikləri üçün isə ev yiyəsi onları qovub. Bundan sonra gənclər Hindistanın Ermənistandakı səfirliyinə müraciət etmək məcburiyyətində qalıblar.
Gənclər Ermənistana gələrkən, bu ölkədəki vəziyyətin onlardan da acınacaqlı olduğunu bilmədiklərini deyiblər.