8 Fevral 2019 18:20
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin təyinatı barədə qərar ümumi razılıq əsasında qəbul edilməlidir. Hələ ki proses irəliləmir.

Teleqraf.com xəbər verir ki, bu sözləri KTMT-nin baş katibliyinə Belarusdan olan namizəd Stanislav Zas bəyan deyib.

Onun sözlərinə görə, ziddiyyətlərin müzakirəsi üçün rəsmi İrəvana müraciət ünvanlanıb: “Erməni tərəfinə müraciət edərək görüşməyə hazır olduğumu bəyan etsəm də, hələ cavab almamışam”.

Stanislav Zas qeyd edib ki, Ermənistandan başqa təşkilatın digər üzv dövlətləri onun namizədliyini dəstəkləyiblər. O, KTMT-nin nizamnaməsinə əsasən qərarların qəbul olunması üçün məhdud tərkibin kifayət etdiyinə diqqət çəkib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən ilin dekabrında Stanislav Zasın KTMT-nin baş katibi təyin olunması haqqında sənəd imzalayıb.

KTMT-nin baş katib postu 2018-ci ilin noyabrından etibarən boşdur. Ermənistanın nümayəndəsi Yuri Xaçaturov 2008-ci il martın 1-də İrəvanda kütləvi insan tələfatı ilə nəticələnən iğtişaşlarla əlaqədar istintaq cəlb edildiyi üçün vəzifəsindən azad edilib.

Protokola uyğun olaraq, dönəm rəhbərliyi 2020-ci ilədək Ermənistanda qalmalı idi. KTMT-yə üzv olan digər dövlətlər isə Xaçaturov ətrafında yaranmış gərginliyin ittifaqın nüfuzuna zərbə vurduğunu əsas gətirərək, Ermənistanı dönəm rəhbərliyindən uzaqlaşdırmağı məsləhət bilir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər