İnterpolun qırmızı bülletenlə axtarışa verdiyi Rusiya vətəndaşı, terrorçuluqda şübhəli bilinən şəxs Türkiyədə həbs olunub.
Teleqraf.com xəbər verir ki, türk polisi həmin şəxsi Kayseridə işlədiyini müəyyən edərək saxlayıb.
Qeyd edək ki, adı açıqlanmayan şübhəli Rusiyada silahlı terror təşkilatına üzv olmaq, qanunsuz silah və hərbi ləvazimat saxlamaq iddiası ilə İnterpolun Avropa şöbəsi tərəfindən axtarışa verilmişdi.