10 Fevral 2019 19:28
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa ABŞ-dan HIMARS raket qurğuları almaq barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.

“Çərşənbə günü biz ABŞ-la HIMARS sistemlərinin çatdırılması barədə müqavilə imzalayacağıq. Bu, silahlarla birgə 20 buraxılış qurğusundan ibarət olacaq”, - deyə nazir qeyd edib. Polşanın bütün sistem üçün 414 milyon dollar ödəyəcəyini deyən Blaşakın sözlərinə görə, bu, yaxşı qiymətdir.

HIMARS (High Mobility Artillery Rocket System) 300 kilometrədək məsafədə hədəfi vura bilən raket sistemidir. Raket qurğusu yüngül zirehli avtomobil üzərində yerləşdirilir.


Müəllif: Teleqraf.com