13 Fevral 2019 10:24
2 566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman müsəlman aləminin müqəddəs məkanı olan Kəbədə son təmir işləri ilə tanış olmaq məqsədilə əraziyə gəlib və ilkə imza atıb.

Teleqraf.com xəbər verir ki, şahzadənin Kəbənin damına çıxması sosial şəbəkələrdə kəskin etirazlara səbəb olub.

Şahzadə Məkkə ziyarəti zamanı Kəbənin içinə daxil olduqdan sonra onun damına çıxıb.

Qeyd edək ki, buna qədər yalnız Abbasilər dövrünün xəlifəsi Əbu Cəfər Mansur Kəbədə Bədirullahın damına çıxıb.

Yalnız yağış yağanda Kəbənin damını təmizləmək üçün xidmətçilər onun damına çıxıb təmizlik işi apara bilərlər.

Səudiyyə hakimiyyəti Məkkənin 2030-cu ilə qədər yeni görüntüsünə dair layihələrə start verib.


Müəllif: Cavad

Oxşar xəbərlər