“Suriyadakı ermənilərə yardım etmək əxlaqi baxımından yanlışlıq hesab olunmur və bu spekulyasiya da deyil”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ Dövlət Departamentinin bəyanatının mümkün nəticələri haqda danışarkən deyib.
Tonoyan departamentin rəsmi İrəvana etiraz bəyanatını başa düşmədiyini bildirib:
“Bu məsələdə ABŞ Dövlət Departamentinə niyə sorğunun göndərildiyini və müraciət edildiyini də başa düşmürəm. Biz Suriyaya qaydalar çərçivəsində missiya göndərmişik və burada yanlışlığın olduğunu düşünmürəm”.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Ermənistanın Suriyaya hərbi missiya göndərməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatda rəsmi Vaşinqtonun Ermənistan rəhbərliyinin bu addımını dəstəkləmədiyi bildirilib. Bu, Rusiya və Ermənistan arasında əldə edilmiş hərbi anlaşma kimi xarakterizə olunub.