19 Fevral 2019 11:07
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov öz sevimli atını dövlət sirkinə hədiyyə edib.

Teleqraf.com xəbər verir ki, prezident Ruhubelenta adlı atını “Qalkınış” milli at oyunları qrupuna verib.

Atın qastrol və beynəlxalq festivallarda nümayiş olunacağı güman edilir.

“Qalkınış” qrupunun əsası 2007-ci ildə türkmən mədəniyyətinin dünyasında populyarlaşma məqsədilə qoyulub. Aparıcı Ruhubelentanın çıxışı zamanı Qurbanqulu Berdiməhəmmədovun onu sirkə hədiyyə etdiyini elan edib.

Prezident özü həmin mərasimə qatılmayıb.


Müəllif: Leyla